"Messini heç vaxt rəqib kimi görməmişəm" - Ronaldo

"Messini heç vaxt rəqib kimi görməmişəm" -  Ronaldo
XƏBƏR 9 Dekabr 2020 / 12:12 4570
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə "Barselona"nın kapitanı Lioenel Messi ilə münasibətlərindən danışıb.

Qol.az xəbər verir ki, portuqaliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Barselona"ya qalib gəldikləri oyundan (3:0) sonra Messi haqda fikirlərini bildirib. O, argentinalı hücumçunun heç vaxt rəqib kimi görmədiyini bildirib:


"12-13 ildir ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik. Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Həmişə çox yaxşı münasibət qurmuşuq. Messidən soruşsanız, o da sizə eyni şeyləri söyləyəcək".

Xatırladaq ki, Ronaldo ötən gecə "Barelona" ilə keçirilən görüşdə dubl edib.

 


Son xəbərlər
topaz banner