Azərbaycan klublarından "Başakşəhər"in məşqçisinə dəstək

Azərbaycan klublarından "Başakşəhər"in məşqçisinə dəstək
XƏBƏR 9 Dekabr 2020 / 01:44 3015
-  A +

"Qarabağ" "Neftçi", "Qəbələ", "Sumqayıt" və "Zirə" klubları Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda PSJ ilə səfər oyununda irqçiliyə məruz qalmış "Başakşəhər"in məşqçisi Pyer Veboya dəstək olub.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı "Feysbuk" səhifəsində paylaşım edib. Klub Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb və onun üzərinə "Gülüşünüzdən başqa rəng yoxdur" (No more colour than your smile) sözləri yazılıb.



Digər 4 klub isə "Feysbuk" hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.

Qeyd edək ki, PSJ - "Başakşəhər" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.


Son xəbərlər
topaz banner