Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşəhər" (Türkiyə) matçı təxirə salınıb.
Qol.az xəbər verir ki, bununla bağlı qərarı qitə futbol qurumu qəbul edib.
Qərara əsasən, görüş dekabrın 9-da Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam edəcək. Görüşü fərqli hakimlər idarə edəcək.
****************
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ – “Başakşəhər” matçı yarımçıq dayandırılıb.
Qol.az “NTV Spor”a istinadən xəbər verir ki, buna oyunun 14-cü dəqiqəsində 4-cü hakim Sebastian Kolteskunun İstanbul klubunun köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
Bundan əlavə, baş hakim Ovidiu Hatseqan Veboya qırmızı vərəqə göstərib və onu texniki zonadan kənarlaşdırıb. Baş verənlərdən sonra "Başakşəhər" meydanı tərk edərək paltardəyişmə otağına gedib.
Oyunda hesab 0:0-dır.
"Başakşəhər"in prezidenti Göksel Gümüşdağ isə baş verənlərlə bağlı "TRT Spor"a danışıb. O bildirib ki, 4-cü hakim meydandan kənarlaşsa, matçda davam edəcəklər. 4-cü hakim oyuna çıxacağı təqdirdə isə meydanda olmayacaqlar.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər