“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının mübarizə aparacağı UEFA Gənclər Liqasının formatı, tarixi və iştirakçıların adları dəqiqləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 64 komanda olimpiya sistemi üzrə qüvvəsini sınayacaq. 1/32 və 1/16 final mərhələləri Çempionlar yolu və Çempionlar Liqası yolu üzrə keçiriləcək. “Qırmızı-qaralar” Çempionlar yolunda mübarizə aparacaq.
Mövsümün ilk püşkatması 2021-ci il yanvarın 27-də olacaq. 1/32 finalın qarşılaşmaları martın 2-3də keçiriləcək. Martın 12-də növbəti püşkatma təşkil olunacaq. 1/16 final 6-7 aprel, 1/8 final 20-21 aprel, 1/4 final 4-5 may, yarımfinal 17 may, final 20 may tarixində keçiriləcək.
Çempionlar yolu: “Selta” (İspaniya), “Köln” (Almaniya), “Anje” (Fransa), “Çertanovo” (Rusiya), “Benfika” (Portuqaliya), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Alkmaar” (Niderland), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Dinamo” Z (Xorvatiya), “Odense” (Danimarka), “Bazel” (İsveçrə), APOEL (Kipr), “Srvena Zvezda” (Serbiya), “Reyncers” (Şotlandiya), “Dinamo” Mn (Belarus), “Hammarbü” (İsveç), “Rusenborq” (Norveç), “Kayrat” (Qazaxıstan), “Qurnik” (Polşa), “Qəbələ” (Azərbaycan), “Makkabi” H (İsrail), “Lüdoqorets” (Bolqarıstan), “Vitorul” (Rumıniya), “Jilina” (Slovakiya), “Olimpiya” (Sloveniya), “Dyor” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Şerif” (Moldova), “Apolloniya” (Albaniya), “Uoterford” (İrlandiya);
Çempionlar Liqası yolu: “Real”, “Barselona”, “Atletiko”, “Sevilya” (hamısı İspaniya), “Bavariya”, “Borussiya” D, “Leypsiq”, “Borussiya” M (hamısı Almaniya), “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” (hamısı İngiltərə), “İnter”, “Yuventus”, “Atalanta”, “Latsio” (hamısı İtaliya), PSJ, “Marsel”, “Renn” (hamısı Fransa), “Zenit”, “Lokomotiv”, “Krasnodar” (hamısı Rusiya), “Porto” (Portuqaliya), “Brügge” (Belçika), “Şaxtyor”, “Dinamo” K (hər ikisi Ukrayna), “Başakşəhər” (Türkiyə), “Ayaks” (Niderland), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Midtülland” (Danimarka), “Ferensvaroş” (Macarıstan).
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər