Amerika Milli Futbol Liqasının təşkil etdiyi hərracda Azərbaycana qarşı siyasi təxribata yol verilib.
Qol.az xəbər verir ki, hərracda “Nike” şirkətinin xüsusi istehsalı olan və qondarma “Daqlıq Qarabağ” rejiminin bayrağı əks edilən krossovka satışa çıxarılıb.
Onlayn-hərrac dekabrın 1-dən başlayıb və 2021-ci ilin yavnarın 6-dək davam edəcək. “Sputnik Armenia” saytı yazır ki, hərracdan gələn gəlir Ermənistana və Dağlıq Qarabağa kömək üçün “Ayastan” adlı fonda ayrılacaq. Bu fond ən son Qarabağdakı münaqişə zamanı topladığı pulları erməni əsgərləri üçün silah-sursatın alınması və s. üçün xərcləyib. Krossovkalar "New England Patriots" futbol klubunun erməni direktoru və baş məşqçisi Berjem Nacaryan tərəfindən hərraca qoyulub.
Qeyd edək ki, “Nike” şirkətinin dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan bir rejimin “bayrağı” əks olunan xüsusi krossovka hazırlaması təəccüb doğurmaya bilməz. Məlum məsələdir ki, Azərbaycan milli komandasının və bir neçə klubumuzun geyim dəstini məhz bu şirkət təmin edir və buna görə yetərincə gəlir qazanır. Belə bir təxribatçı addımdan sonra “Nike” firmasının Azərbaycandakı əsas tərəfdaşı olan AFFA-nın məsələyə müdaxilə edərək təxribatın qarşısını alması vacibdir. Bundan başqa, Amerika Milli Futbol Liqasının da bu təxribatçı addımı imkan verməsi anlaşılmazdır. Güman edirik ki, hər iki qurumun separatçılara dəstək ifadə edən bu hərəkətləri cavabsız qalmayacaq, müvafiq dövlət qurumları, eləcə də AFFA məsələylə bağlı operativ tədbirlər görəcək.

"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər