"Vilyarreal" - "Qarabağ" oyununda ukraynalı hakimlər

"Vilyarreal" - "Qarabağ" oyununda ukraynalı hakimlər
XƏBƏR 8 Dekabr 2020 / 12:37 904
-  A +

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək "Vilyarreal" (İspaniya) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, qarşılaşmanı Ukrayna Futbol Federasiyasından  Mikola Balakin idarə edəcək. Onun həmyerliləri Andrey Skripka və Semen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner