“Yuventus”un baş məşqçisi Andrea Pirlo “Barselona”nın kapitanı Lionel Messi haqqında danışıb.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Kataloniya klubu ilə keçirəcəkləri matçdan öncə verdiyi açıqlamada 33 yaşlı hücumçunun psixoloji problemləri olduğunu deyib:
“Messi həyatında xüsusi bir dövrü keçirir. Bu, karyerası ilə əlaqəli deyil. Çünki həmin problemlər yayda baş vermişdi. İndi isə “Barselona”da qalıb-qalmayacağına qərar verməlidir.
Messi oyun vaxtı həmişə özünü göstərir. Məncə, onun futboldan daha çox psixoloji problemi var. Amma bunun bizimlə heç bir əlaqəsi olmadığına görə təfərrüatları danışmaq istəmirəm. Messi bir fenomendir. O, bunu sübut edib”.
Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – “Yuventus” matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər