"Bu, həyəcanverici qrupdur. Portuqaliya Avropa çempionu və Millətlər Liqasının qalibidir. Serbiya yaxşı heyətə sahibdir. Qrupumuzda Lüksemburq və Azərbaycan yığmaları da var. Hər ikisi son vaxtlar inkişaf etmiş komandalardır".
Qol.az xəbər verir ki, bu sözləri İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
İrlandiya Futbol Federasiyasının saytına danışan 49 yaşlı mütəxəssis daha sonra bildirib: "Qrupumuzun beş komandalı olması martda 3 oyun pəncərəsinin, 3 rəqabətli matçın olmaması deməkdir. Yeni bu martda ənənəvi 2 oyuna qayıtmağımız deməkdir. Müsbət haldır və düşünürəm ki, marta qədər millidə çox oyunçumuz olacaq. Son bir neçə ayda on futbolçuya beynəlxalq arenada debüt imkanı verdik. Düşünürəm ki, təcrübəlilərlə birlikdə martda heyətimiz çox güclü olacaq. İnanıram ki, bu müddət ərzində pandemiya ilə bağlı müsbət irəliləyiş olacaq və möhtəşəm azarkeşlərimizi tezliklə stadiona qaytaracağıq".
Qeyd edək ki, İrlandiya millisi Serbiya, Portuqaliya, Lüksemburq və Azərbaycan millisi ilə birlikdə A qrupunda qərarlaşıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər