Beynəlxalq Olimpiya Komitəsi (BOK) Belarus prezidenti Aleksandr Lukaşenkonu 2021-ci ildə keçiriləcək Tokio Oyunları da daxil olmaqla, olimpiya tədbirlərindən kənarlaşdırıb.
Qol.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytı məlumat yayıb. Bildirilib ki, BOK Belarus Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin Belarus idmançılarını siyasi ayrıseçkilikdən lazımi şəkildə qorumadığı, onların addımlarının Olimpiya Xartiyasının təməl prinsiplərinə zidd olduğu və bu səbəbdən Olimpiya hərəkatının nüfuzuna ciddi təsir etdiyi qənaətinə gəlib.
Buna görə də Belarus MOK-un prezidenti Aleksandr Lukaşenko, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskov və qurumun digər əməkdaşları bütün olimpiya tədbirlərindən kənarlaşdırılıb.
Bundan başqa, idmançıların Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırkığı üçün vəsait istisna olmaqla, Belarus MOK-un bütün maliyyələşməsi dondurulub. İdman təhsili proqramları Belarus MOK-u vasitəsilə yox, birbaşa BOK tərəfindən maliyyələşdiriləcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər