“Bəlkə də bu qrup kənardan mükəmməl görünür. Amma düzünü desək, Portuqaliya ilə qarşılaşmaq bütün komandalar üçün çətindir. Çox güclü kollektivdir”
Qol.az “direktno.rs”ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin DÇ-2022-dəki rəqibi Serbiya yığmasının çalışdırıcısı Lyubenko Druloviç püşk haqda danışarkən deyib. 52 yaşlı mütəxəssis bildirib:
“Portuqaliyanın baş məşqçisi Fernando Santos çox yaxşı təhlil edən biridir. O, bizi yaxşı tanıyır. Buna görə də komandasını matça ətraflı hazırlayacaq. Portuqaliya qrupun favoritidir. Geniş heyətə malikdirlər. Onların tərkibindəki futbolçulardan 2 komanda düzəltmək olar. Ronaldo milli komanda üçün xüsusi oynayır. O, qol və oyun rekordlarını qırmaq üçün mübarizə aparır. İnanın ki, Ronaldo istəyinə çatanadək təslim olmayacaq. Həmçinin Portuqaliya yığmasında Joao Feliks, Dieqo Yota, Bruno Fernandeş kimi keyfiyyətli oyunçular var. Bu futbolçular Avropanın ən yaxşı komandalarında çıxış edirlər. Ronaldo Santuşun qalib gəlməsi üçün hər şeyi asanlaşdırır.
İkinci yer uğrunda rəqinimiz İrlandiya olacaq. Əgər qrupumuzda yalnız üç komanda – Azərbaycan, Lüksemburq və İrlandiya olsaydı, işimiz daha asan olardı. İrlandiya bizim üçün çox qeyri-münasib komandadır. Dublində onlara qalib gəldik, lakin final mərhələsinə rəqib çıxdı. Kiçik oyunlar bizim üçün problem yaradır. Cəmi 8 oyunun olduğu qrupda səhv etməyə haqqımız yoxdur. 2-ci yer uğrunda mübarizə aparmalı, mümkün qədər Portuqaliyaya təzyiq etməliyik. İkinci olmaq üçün hər şey öz əlimizdədir”
Qeyd edək ki, millimizin də yer aldığı A qrupunda “Bəlkə də bu qrup kənardan mükəmməl görünür. Amma düzünü desək, Portuqaliya ilə qarşılaşmaq bütün komandalar üçün çətindir. Çox güclü komandadır”
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər