Setyen "Betis"ə qayıda bilər

Setyen "Betis"ə qayıda bilər
XƏBƏR 7 Dekabr 2020 / 22:37 1317
-  A +

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen "Betis"ə qayıda bilər.

Qol.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, Sevilya klubunun rəhbərliyi hazırkı baş məşqçi Manuel Pelleqrinidən o qədər də razı deyil. La Liqa təmsilçisi baş məşqçisini istefaya göndərəcəyi təqdirdə, Setyen bu vəzifə üçün ilk namizəd olacaq.

Qeyd edək ki, Setyen 2017-2019-cu illərdə "Betis"i çalışdırıb. Daha sonra o, "Barselona"ya keçib və bu ilin avqustunda Kataloniya təmsilçisindən ayrılıb.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner