Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı
XƏBƏR 7 Dekabr 2020 / 10:34 696
-  A +

Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 52-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Aleksandriya” 12 turdan sonra 16 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

 


Son xəbərlər
topaz banner