2020-ci ilin ən yaxşı baş məşqçiləri açıqladı

2020-ci ilin ən yaxşı baş məşqçiləri açıqladı
XƏBƏR 6 Dekabr 2020 / 16:06 2072
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2020-ci ilin klublar arasında ən yaxşı baş məşqçisinin və milli komanda çalışdırıcısının adını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, klublar arasında ən yaxşı baş məşqçi “Bavariya”nın çalışdırıcısı Hans-Diter Flik seçilib. O, Münhen təmsilçisindəki debüt mövsümündə Çempionlar Liqasının, Bundesliqanın və Almaniya kubokunun qalibi olub.

Milli komandalar arasında isə Fransa yığmasının çalışdırıcısı Didye Deşam 1-ci seçilib. Onun kollektivi Millətlər Liqasının yarımfinal mərhələsinə yüksəlməyi bacarıb.

 

 


Son xəbərlər
topaz banner