"Real" Poçettino ilə əlaqə saxladı

"Real" Poçettino ilə əlaqə saxladı
XƏBƏR 4 Dekabr 2020 / 12:53 2302
-  A +

"Real" "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino ilə əlaqə saxlayıb.

Qol.az sport.es-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi hazırkı baş məşqçi Zinəddin Zidanın istefası halında argentinalı mütəxəssisdən kluba rəhbərlik etməyə hazır olub-olmadığını soruşub.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının sonuncu turunda Mühnenqladbax "Borussiya"sına qalib gəlməyəcəyi təqdirdə, Zidanın istefaya göndəriləcəyi bildirilir. Madrid klubu hazırda ÇL-də B qrupunda 7 xalla 3-cü pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner