44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.
Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək.
Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda “at oynadan”, adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran “1xBet” və “Mostbet” kimi şirkətlərin əsarətindən çıxa bilmirik.
Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.
1-ci yazı
Azərbaycanlıların pulunu necə oğurlayırlar?
Bu iki şirkətin fəaliyyəti ilk baxışdan sadə görünən, amma incəliklə işləyən fırıldaq mexanizmi üzərində qurulub. “1xBet” və “Mostbet” Azərbaycan ərazisində rəsmi qeydiyyatdan keçmiş şirkət kimi işləməmək, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan şirkətlər yaradırlar.
Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda pul qazanırlar.
Bu şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. Cəbəllütariq, Kuraçao, Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.
Beləliklə, adı çəkilən kontorlar dövlət nəzarətindən tam kənarda işləyirlər ki, bu da onların etibarsızlığına dair ən ciddi sübutdu. İkincisi, dövlət qarşısında heç bir məsuliyyət və öhdəlik hiss etməyən kontorlar müştərilərə ən geniş xidmətlər, o sıradan onlayn kazino da təklif edir.
Təbii ki, belə kazinoların işində əyləncəli oyunlarla bağlı hansısa qadağa yoxdu, yəni müştərilər intəhasız sonluğa qədər oynaya və uduza bilərlər. Ölkəsinin vergi orqanlarında problemlə üzləşən istənilən müştəri artıq kontorun yardımına bel bağlamamalı, günahı özündə axtarmalıdı.
Rusiya hələ də “1xBet”in yaradıcılarını axtarır
Konkret nümunə əsasında danışaq. “1xBet”in yaradıcıları Semioxin, Kazorin və Karşkov qeyri-qanuni yolla 63 milyard rubldan artıq pul qazanıb. Hər üçü Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdi və hazırda beynəlxalq axtarışdadılar. Lisenziya almağı, vergiləri ödəməyi lazım bilməyən, yəni Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən “1xBet” və “Mostbet”, təbii ki, belədə konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltmək imkanı qazanır. Düzdü, bunun da arxasında fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat “xoş gəldin” bonusu verirlər. Amma o bonusu 10 qat artığını almadan vermirlər. Yəni 100 manat bonus almaq istəyən adam 1000 manat yatırmalıdı. Həmin 100 manatla oynayırsan, 1000 manata yüksəlməyincə ala bilmirsən, təbii ki, yüzdə 99 halda da itirirsən o bonusu. Kəsəsi, “1xBet”in bonusunu sistemdə xərcləməlisən, xərcləmək üçün də öz cibindən pul yatırmalısan.
“Mostbet”lə bağlı durum isə bir qədər fərqlidi. Moskvada qanuni əsasda fəaliyyət göstərən şirkətin ofşor zonada qeydiyyatdan keçən adaşı da var. Tam fərqli hüquqi şəxsin, daha doğrusu, yunanların adına qeydiyyatdan keçiriblər, “1xBet” ilə yanaşı, bu şirkət də azərbaycanlıların pulunu xaricə daşımaqla məşğuldu.
Daha bir konkret fakt: “1xBet”in kazinosunun baş direktoru, yəni bütün fırıldaq mexanizmlərinin başında dayanan üç-beş adamdan biri Kipr ermənisi Kiriaki Kostikyandı. Kipr yunanlarının və ermənilərin Azərbaycana, azərbaycanlılara, ümumiyyətlə, türk dünyasına necə münasibət bəslədiyini söyləmək isə artıqdı. Bunu görə-görə gəlmişik, sonuncu – 44 günlük müharibənin gedişində də gördük! Belə çıxır ki, halal pulumuzu erməniyə, yunana yedizdirməklə özümüz də bilmədən növbəti faciələrimizi maliyyələşdirir, gələcəyimizin altına mina qoyuruq. Bəs külli miqdarda pulun fırıldaq sxemləri əsasında Azərbaycandan kənara çıxmasına niyə göz yumulur? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, başqa dövlət qurumları hara baxır? Ümumiyyətlə, faciənin miqyasını təsəvvür edirlərmi? Adı çəkilən şirkətlər İngiltərədən hansı rüsvayçılıqla qovulub? Növbəti yazılarda bütün bu suallara cavab axtaracağıq.
Mənbə: "Futbol+" qəzeti
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”