"Düşünürəm ki, ümumilikdə yaxş oyun keçirdik. İlk hissədə çoxlu şansımız oldu, intizamlı olduq və mübarizə apardıq. Son dəqiqəyə qədər qələbə qazanmağa çalışdıq. Evdə növbəti mərhələ üçün mübarizə aparacağıq".
Qol.az xəbər verir ki, bu sözləri “Makkabi"nin baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İstanbulda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Ağdam təmsilçisi ilə paralel keçən "Sivasspor" - "Vilyarreal" matçı (0:1) haqda da danışıb: "Bu görüşün nəticəsini son dəqiqələrdə bildik. Meydanda açıq oyun getdi. Sonadək vuruşduq. İmkanlarımız oldu, futbolçular çalışdılar. Komandamdan razı qaldım. Sadəcə, son nəticədən məmnun deyiləm".
"Makkabi"nin baş məşqçisi qrup mərhələsinin son turunda qarşılaşacaqları "Sivasspor"la oyun ərəfəsində bunları söyləyib: "Son turda evdə oynayacağıq. Özümüzə güvənirik. Güclü oyunçularımızın olduğu yaxşı komandamız var. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı fürsətimiz var".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər