UEFA bu gün 3 yarışın final mərhələsinin məkanını açıqlayacaq

UEFA bu gün 3 yarışın final mərhələsinin məkanını açıqlayacaq
XƏBƏR 3 Dekabr 2020 / 17:30 1148
-  A +

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qol.az qurumun rəsmi Tvitter hesabına istinadən xəbər verir ki, gündəliyə üç yarışın final matçının hansı stadionda keçiriləcəyi daxil edilib.

Tədbirdə 2021-ci ildə Millətlər Liqasının finalı, 2022-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Konfrans Liqasının finalı və 21 yaşadək futbolçulardan ibarət komandaların 2023-cü ildə keçiriləcək Avropa çempionatının məkanları açıqlanacaq.

Son xəbərlər
topaz banner