Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) ali idarəetmə orqanı olan Elmi Şuranın növbəti iclası videokonfrans formatında keçirilib.
ADBTİA-dan verilən məlumata görə, iclasda Vətən müharibəsində əldə olunmuş möhtəşəm və tarixi qələbə münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.
Qeyd olunub ki, Ali Baş Komandanın uzaqgörən ordu qurucluğu siyasətinin məntiqi nəticəsi olaraq, müzəffər Azərbaycan Ordusu qısa müddətdə düşmənə qalib gələrək işğal edilmiş ərazilərimizi azad edib və illər sonra torpaqlarımızda Azərbaycan bayrağını yüksəldib.
Məhz noyabrın 8-də Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad olunması xəbəri, həmin gün 90 illik yubileyini qeyd edən ADBTİA-nın professor-müəllim, inzibati və tələbə heyəti üçün xüsusi hədiyyə olub.
Müraciətdə vurğulanıb ki, birinci Qarabağ müharibəsində olduğu kimi, ikinci Qarabağ müharibəsində də, ADBTİA-nın 70-dən çox tələbə və məzunu vuruşub. Onlar arasında həm şəhidlər, həm də qazilər olub. Yaralılara şəfa, şəhidlərə isə Allahdan rəhmət arzulanıb. Bildirilib ki, onlar daima insanların qəlbində yaşayacaqlar.
Eyni zamanda, azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən qədim Şuşada idmanın bütün sahələrini əhatə edəcək yeni təhsil klasterinin yaradılmasına Akademiya kollektivinin hazır olduğu bildirib.
Qeyd edək ki, Zaqafqaziyanın ilk idman ali məktəbi və ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan ADBTİA-nın təsis olunmasının 90 illiyini bu il qeyd edir. Bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər həyata keçirilir, o cümlədən, “ADBTİA 90” adlı xüsusi kitab, eyni zamanda “Əsri haqlayan tarix” adlı sənədli film işıq üzü görüb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər