Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib.
Qol.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı məlumatda bildirilir ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”, - deyə məlumatda bildirilir.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər