"Barselona" və Messi cərimələndi

"Barselona" və Messi cərimələndi
XƏBƏR 2 Dekabr 2020 / 19:50 2697
-  A +

İspaniya Futbol Federasiyası "Barselona"nı və komandanın kapitanı Lionel Messini cərimələyib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna argentinalı hücumçunun La Liqanın 11-ci turunda “Osasuna” ilə matçda (4:0) Dieqo Maradonanın xatirəsini yad etmək üçün onun “Nyuells Old Boys" formasını geyinməsi səbəb olub.

Messi intizam qaydalarının 91-ci maddəsini pozduğu üçün 600 avro cərimə ödəyəcək, "Barselona" da öz növbəsində 52-ci maddənin pozulmasına görə 350 avro ödəmək məcburiyyətində qalacaq.

Qeyd olunur ki, Messinin cəzası ağır deyil, çünki bu maddəni pozduğu üçün onun 3 min avroya qədər cərimələnməsi mümkün idi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner