“Napoli”nin sabiq futbolçusu və hazırda Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin köməkçisi kimi çalışan Klaudio Belucci Dieqo Maradonanın ölümü haqda danışıb.
Qol.az “persemprenapoli.it”ə istinadən xəbər verir ki, İtaliya klubunda 10 nömrəli formanı geyinmiş 45 yaşlı məşqçi Maradonanın çxış etdiyi forma nömrəsi ilə oynamağın şərəfli olduğunu bildirib:
“Oğluma “Napoli” forması geyinməyin, ən əsası 10 nömrəsi forma ilə çıxış etməyin mənasını izah etmişəm. Bu formalardan məndə 2-si var, 1-i anamdadır. Formanı çərçivələdib, divardan asmışıq.
Maradonanın forması isə izah edilməyəcək bir şeydir. Sanki bu məsuliyyətin öhdəsindən gələ bilməmişəm. Hətta həmin formanı geyindiyim üçün bir az utanıram. Maradona mənim ağlımda və ürəyimdə əbədi qalacaq”.
Qeyd edək ki, Belucci 1997-2001-ci illərdə “Napoli”də çıxış edib. Maradona isə 1984-1991-ci illərdə bu komandada oynayıb.
Xatırladaq ki, argentinalı məşhur futbolçu noyabrın 25-də 60 yaşında ürək tutmasından dünyasını dəyişib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər