Zubir - 50

Zubir - 50
XƏBƏR 1 Dekabr 2020 / 15:56 3611
-  A +

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi yubileyini “Səbail”lə 11-ci turun səfər matçında (1:1) qeyd edib.
 
O, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. Zubir 50 oyunda 14 qol vurub. Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.

Qeyd edək ki, Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı