"Bu liqadakı ən yaxşı oyunumuzdur. Qələbə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı görüşdəki 1:1 hesablı heç-heçədən daha vacib idi. Ölkə çempionatında belə güclü oyuna ehtiyacımız var idi".
Qol.az xəbər verir ki, bu sözləri "Makkabi"nin (Təl-Əviv) futbolçusu Yonaten Kohen İsrail çempionatının 8-ci turunda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra "One" nəşrinə açıqlamasında deyib.
24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri görüş barədə də fikirlərini bildirib: "Cümə axşamı bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində xalımızı 10-a çatdıracağıq və bəlkə də növbəti mərhələyə yüksələcəyik. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı