“Zirə”nin qapıçısı Mateus Albino Premyer Liqada ardıcıl 4-cü quru oyununu keçirib.
Qol.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı sonuncu dəfə oktyabrın 18-də “Sumqayıt”la səfər görüşündə (1:2) qol buraxıb. Ardınca “Qarabağ” (0:0), “Səbail” (0:0) və “Sabah”la (1:0) görüşlərdə qapısını toxunulmaz saxlayan cənubi amerikalı sonuncularla qarşılaşmanın uzatma dəqiqələrində qırmızı vərəqə alıb. Bu səbəbdən ötən turun “Keşlə” ilə matçını (3:1) buraxan Mateus quru oyunlar seriyasını XI turda davam etdirməli olub. “Neftçi” ilə qarşılaşmada (0:0) da qol buraxmayan Albino ardıcıl 4-cü belə oyununu keçirib.
Bununla da braziliyalı klub tarixinin Premyer Liqadakı rekordunu təkrarlayıb. 2015/16 mövsümündə Anar Nəzirov da ardıcıl 4 quru oyun keçirib. O, mövsümün ikinci yarısında “Sumqayıt” (1:0), “Rəvan” (4:0), “Xəzər Lənkəran” (1:0) və “Neftçi” (0:0) ilə matçlarda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Albino “Zirə”də keçirdiyi 9 oyundan beşində qol buraxmayıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı