"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə

"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
XƏBƏR 30 Noyabr 2020 / 01:00 1675
-  A +

İsrail çempionatında 8-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) doğma meydanda “Hapoel” (Kfar Saba) ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 3:0.
 
Ardıcıl üçüncü qələbəsini qazanan “Makkabi” bu nəticədən sonra 12 xalla 14 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də olacaq.

 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner