"Real"ın futbolçusu 4 oyunu buraxacaq

"Real"ın futbolçusu 4 oyunu buraxacaq
XƏBƏR 28 Noyabr 2020 / 16:24 1010
-  A +

“Real”ın zədəli futbolçusu Dani Karvahalın durumuna aydınlıq gəlib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. Buna görə də o, La Liqada “Alaves”, “Sevilya” Çempionlar Liqasında isə “Şaxtyor və “Borussiya” ilə matçlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Real” yerli çempionatın 1-ci turunda bu gün “Alaves”i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Son xəbərlər