Kosta 6 ay oynamaya bilər

Kosta 6 ay oynamaya bilər
XƏBƏR 28 Noyabr 2020 / 13:29 992
-  A +

"Atletiko"nun futbolçusu Dieqo Kosta uzunmüddət yaşıl meydanlardan uzaq qala bilər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispan hücumçuda  dərin damar trombozu var. Bildirilib ki, 32 yaşlı oyunçu sentyabrda koronavirusa yoluxduqdan sonra bu xəstəlikdən əziyyət çəkir. Onun 6 aya qədər oynamaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, Kosta bu mövsüm 5 matçda 1 qol vurub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı