Pike "Barselona" prezidenti olmaq istəyir

Pike "Barselona" prezidenti olmaq istəyir
XƏBƏR 28 Noyabr 2020 / 12:22 1564
-  A +

"Barselona"nın müdafiəçisi Jerar Pike gələcəkdə Kataloniya klubunun prezidenti olmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə o, "Marca"ya açıqlamasında deyib:

“Hələ futbolçuyam deyə qarşıdakı seçkilərə namizəd ola bilmərəm. Gələcəkdə nə olacağını heç kim bilmir. Bacardığım qədər azarkeşi olduğum "Barselona"ya kömək etmək istəyirəm. Gələcəkdə klubun prezidenti olmaq istəyirəm. Bu mənim xəyalımdır, amma onu reallaşdıra biləcəyimi bilmirəm".


Son xəbərlər