Millimiz 5 pillə irəlilədi

Millimiz 5 pillə irəlilədi
XƏBƏR 26 Noyabr 2020 / 13:10 2615
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib. Hazırda yığmamız 1180 xalla 109-cu sırada qərarlaşıb.

İrəliləyişə səbəb millinin yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Qeyd edək ki, ilk üçlküdə dəyişiklik olmayıb. Belçika (1780) 1-ci, Fransa (1755) 2-ci, Braziliya (1743) 3-cü pillədə qərarlaşıb.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner