UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

UEFA-dan Cüneyt Çakıra növbəti təyinat
XƏBƏR 24 Noyabr 2020 / 20:50 1916
-  A +

Türkiyəli referi Cüneyt Çakır Çempionlar Liqasında qrup mərhələsinin 4-cü tur oyununa təyinat alıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, B qrupunun "Borussiya" (Mönhenqladbax) - "Şaxtyor" (Donetsk) görüşünün baş hakimi olacaq. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.

Qeyd edək ki, bu, Çakırın ÇL-də idarə edəcəyi 50-ci matç olacaq.

Əlavə edək ki, sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 24:00-da başlayacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner