“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü dəfə 5 və ya daha çox top fərqi ilə qalib gəlib.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 8-ci turda “Keşlə”ni 6:1, 9-cu turda “Neftçi”ni 6:0 hesabı ilə üstələyən Qurban Qurbanovun komandası 10-cu turda “Sumqayıt”ı məğlubiyyətə uğradıb – 6:1. Bu, klub tarixində ilk belə haldır ki, ardıcıl üç görüşdə 5 və ya daha çox top fərqli qalibiyyət əldə olunur.
Azərbaycan çempionatları tarixində isə bunadək 2 dəfə belə seriya qeydə alınıb. Bunu bacaran ilk komanda “Neftçi” olub. Bakılılar 1996/97 mövsümündə OİK-i (indiki MOİK) 9:0, “Şəmkir”i 5:0, Azərbaycanın U-18 yığmasını (sonrakı “Şəfa”) 7:1 hesabı ilə məğlub edib. Bu seriya zamanı ümumi top fərqi 21:1-ə bərabər olub.
2005/06 mövsümündə bu rekordu “Karvan” təkrarlayıb. Yevlax təmsilçisi “Göyəzən”lə MOİK-i eyni – 5:0, “Kəpəz”i 7:1 hesabı ilə üstələyib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi