"Qarabağ"ın rəqibində növbəti yoluxma

"Qarabağ"ın rəqibində növbəti yoluxma
XƏBƏR 23 Noyabr 2020 / 21:05 1092
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Silvasspor"da koronavirusa yoluxanların sayı artıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, son olaraq daha 1 futbolçu və işçidə koronavirus aşkarlanıb. Onların karantinə alındığı və müalicələrinə başlanıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə təmsilçisində 5 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Xatırladaq ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq  "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner