"Oyunun çox hissəsində nəzarət bizdə idi. Çoxlu qol şansımız oldu. Yalnız ikisindən istifadə edə bildik. Bizi üzən son dəqiqədə penaltidən buraxdığımız qol oldu. Bu, bizi həyəcanlandırdı".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, komandasının əsas problemini açıqlayıb: "Bu oyun üçün çox dəyişiklik etmədik. "Zirə"yə qarşı da yaxı oynamışdıq. Hesabda önə keçəndən sonra futbolçular daha yaxşı oynayırlar. Məncə, yeganə problem budur. Futbolçulara demişdik ki, keçmişi unutmalıyıq. Hər xırda səhv bizi daha da pis duruma salırdı. Komandanı matça psixoloji baxımdan yaxşı hazırlamışdıq".
İspaniyalı baş məşqçi uğurlu seriya yaxalamaq istədiklərini bildirib: "Bu oyunun gələcək qələbələr üçün təkan olacağını düşünürük. Artıq bu qələbəni unudub "Keşlə" ilə matçı düşünməliyik. Komanda oyundan-oyuna inkişaf etməlidir".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı