Nazarov 2 dəqiqə oynadı, qol vurdu

Nazarov 2 dəqiqə oynadı, qol vurdu
XƏBƏR 22 Noyabr 2020 / 18:52 2733
-  A +

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” bu gün “Darmştadt”ı qəbul edib.

Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça ehtiyatdan başlayan Nazarov 90+1-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra qol vuraraq oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, xallarının sayını 12-yə çatdıran “Aue” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

 

Daha çox


Son xəbərlər
27.07.26  18:55

"Real"da itki

26.07.26  21:24

Dzeko qalır

topaz banner