“Real”ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Rafael Varanın komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.az AS-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu məlumatları təkzib edib:
“Varanı komandada saxlamaq istəyən tək mən deyiləm. O, klubun bir hissəsidir. Varan “Real”da oynadığı üçün çox şanslıyıq. O, komanda ilə çox şey qazandı. Mənim mövqeyim aydındır və birmənalıdır. Həmçinin klubun mövqeyi ilə də uyğundur. Şayiələrin qarşısını ala bilmərik. İnsanlar yalnız Varandan yox, digər futbolçulardan da danışırlar”.
Qeyd edək ki, bundan əvvəl “Mançester Yunayted”in 27 yaşlı müdafiəçi ilə yaxından maraqlandığı bildirilmişdi. Fransalı oyunçunun “kral klubu” ilə müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı