Millət vəkilləri Aqil Abbas və Fazil Mustafa “Mölde” klubunun “Qarabağ”la oyunu neytral meydanda keçirmək istəyinə etiraz ediblər.
Norveç təmsilçisi bildirir ki, əgər Bakıya gələrlərsə, bu halda ölkələrinə qayıdanda, 10 gün karantində qalmalıdırlar. Buna görə də onlar matçın Macarıstanda keçirilməsinə təklif edirlər ki, geri qayıdanda belə halla üzləşməsinlər. Lakin “Qarabağ” bununla razılaşmır.
Daha əvvəl Ağdam klubunun baş meneceri Asif Əsgərov bildirib ki, məsələ ilə bağlı son qərarı UEFA verəcək: “Bu qurum sonda nə desə, o da olacaq. Sadəcə, biz haqlarımızı tələb edirik. Onlardan açıqlama istəyirik ki, əgər UEFA-nın tərkibində olan 55 ölkə eyni hüquqludursa, Cəbəllütariq kimi 3-5 nəfərdən ibarət ölkə Almaniya, Polşa kimi böyük ölkələrlə eyni sayılırsa, yanaşmalar da eyni olmalıdır. Avstriya millisi Millətlər Liqasıın oyununa görə Norveçə karantinsiz girə bilirsə, Norveçin klubu da qayıdanda öz ölkəsinə gözüyumulu girməlidir. Normalda Azərbaycana da giriş qadağandır, amma rəqibləri xüsusi icazə ilə gətirmişik. Öz dövlətlərindən xahiş edə, daha sonra sübut edə bilərlər ki, test verdikləri üçün Norveçə girişlə bağlı problem olmamalıdır. UEFA təlimatlarında belə bir bənd var: Rəqib öz ölkəsinə qayıdanda problem yaşayırsa, o halda oyun neytral meydanda keçirilə bilər. "Molde" də bunun ucundan tutub, Bakıya gəlmək istəmir".
Millət vəkili Aqil Abbas Qol.az saytına açıqlamasında Norveç təmsilçisinin bu istəyinin anlaşılmaz və UEFA qaydalarına uyğun olmadığını vurğulayıb: “Bu mövsüm, yəni ötən ay Azərbaycana 5 əcnəbi komanda gəlib. Onlardan ikisi “Qarabağ”, hərəyə biri isə “Neftçi”, “Sumqayıt” və “Keşlə” ilə burada oynayıblar. Məgər, “Mölde” həmin klublardan artıqdırmı? Bu məsələyə necə yanaşmadır? Dünya, Avropa futbolu elədir ki, qurumlar nə qərar çıxarır, hamı ona tabe olmalıdır. Karantinə, virus riskinə qalsa, hazırda Azərbaycan koronavirusa görə ən az itki verən, ən az yoluxma olan ölkələrdəndir. İkincisi, indi hansı ölkədə koronavirus yoxdur ki? Gedib, hansısa neytral zonada oynamaq istəyi həm bizim üçün şantajdır, həm də rəqibin bəhanəsi. Gəlməyəcəklərsə, dünya futbolunun qanunları var. Buna əsasən, onlara texniki məğlubiyyət verilməlidir. Bununla da məsələ həll olunur”.
Millət vəkili Fazil Mustafanın fikrincə, “Mölde” Azərbaycana gəlmək istəmirsə, ona texniki məğlubiyyət verilməlidir: “Çünki UEFA-nın əvvəlcədən planlaşdırdığı standartlardan kənara çıxmaq doğru deyil. Ən azından matçın Bakıda keçirilməsinə şərait var. Neytral zona sayılan ölkələrdə də eyni koronavirus təhlükəsi mövcuddur. Yəni, necə ki, Bakıdan qayıdandan sonra karantində qalmalıdırlarsa, elə başqa ölkədən qayıdanda da eyni şey ola bilər. Bu, xüsusi bir səbəb deyil. “Qarabağ” da bununla bağlı UEFA-ya müraciət ünvanlamalıdır ki, rəqib komanda Bakıya gəlmirsə, onlara texniki məğlubiyyət verilsin. Əlbəttə ki, “Mölde”nin etdiyi bəhanədir. Belə vəziyyətdə hər iki komanda eyni vaxtda əziyyət çəkmiş olur. Elə Macarıstan üçün də problemdir. Karantin dövründə iki ölkədən futbolçu qəbul etmək o ölkənin də marağında deyil. Nəyinə lazımdır? Azarkeşlər yoxdur ki, deyək, vəsait yığılır. Hansısa bir problem olarsa, bunun məsuliyyətini kim daşıyır? Təhlükəsizliyə təminat vermək məsələsində də problem olur. Amma bu, bizdə daha rahatdır. Məncə, bu məsələdə bəhanə keçərli deyil və texniki məğlubiyyət barədə düşünülməlidir”.
Xatırladaq ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Mölde” görüşü sentyabrın 16-sı Bakıda keçirilməlidir.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?