Millimizin heyətindən çıxarıldı - Koronavirusa görə

Millimizin heyətindən çıxarıldı - Koronavirusa görə
ÖLKƏ FUTBOLU 26 Avqust 2020 / 17:26 4546
-  A +

Almaniyanın “Bohum” klubunun üzvü Barış Ekincier U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməyəcək.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus aşkarlanmasıdır.

Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunub.

Qeyd edək ki, Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner