Maksim zədələndi - "Qarabağ"da itki

Maksim zədələndi -  "Qarabağ"da itki
ÖLKƏ FUTBOLU 18 Avqust 2020 / 21:37 2685
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində hazırda “Sileks”lə (Şimali Makedoniya) qarşılaşan “Qarabağ” ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, görüşün 76-cı dəqiqəsində komandanın kapitanı Maksim Medvedev zədələnib.

Rəqib futbolçu ilə toqquşmadan sonra yerdə qalan müdafiəçi oyunu davam etdirə bilməyib. Onu Abbas Hüseynov əvəzləyib. Maksim meydanı xərəkdə tərk edib.

Hazırda “Qarabağ” 4:0 hesabı ilə qalib gəlir.


Daha çox


Son xəbərlər
topaz banner