"Şkupi" ilə anlaşdığım üçün çox şadam. Dünəndən Skopyedəyəm, komandada yaxşı atmosfer olduğunu gördüm".
Qol.az xəbər verir ki, bu sözləri millimizin sabiq üzvü Elvin Yunuszadə Şimali Makedoniyanın "Şkupi" klubuna transferi haqda danışarkən deyib.
"Neftçi" və "Qarabağ"ın keçmiş müdafiəçisi yeni klubunun rəsmi saytına açıqlamasında Skopye təmsilçisi barədə bunları bildirib: "Komandanın mövsümdəki ilk matçına da baxdım. Qarşılaşma məndə xoş təəssürat yaratdı. “Şkendiya” ilə dünənki oyuna əsasən düşünürəm ki, komandaya yeni qoşulan futbolçularla birlikdə çempionluq uğrunda mübarizə apara bilərik. Baş məşqçi barədə də xoş sözlər deyə bilərəm. O, enerjili, əla xarakterə malik yaxşı məşqçidir. Əminəm ki, bu komanda ilə böyük işlər görəcəyik. Azarkeşlərimizə səslənib deyirəm ki, onlara görə daha çox çalışacağıq. Belə fanatlarımızın olmasından hər oyun məmnunluq duyacağıq”.
Xatırladaq ki, "Şkupi" bugünkü püşkün nəticəsinə görə Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib olub.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi