Ardıcıl 7-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində “Fola” (Lüksemburq) və Albaniya çempionu “Tirana” ilə də qarşılaşa bilər. Daha əvvəl səbəti qeyri-müəyyən olan bu komandaların "səpələnməmişlər"də olacağı dəqiqləşib.
Aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.
1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr), “Sarayevo” (Bosniya və Herseqovina) və Rumıniya çempionu olacaq.
Səpələnməmişlər səbətində isə "Qarabağ"ın potensial rəqibləri - “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta) yer alıb.
Beləliklə, "Qarabağ"ın 14 potensial rəqibi bəllidir. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi