"Qarabağ" yeni transferi Kevin Medina Bakıya gəlib.
Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
48 yaşlı mütəxəssisin sözlərinə görə, kolumbiyalı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, 27 yaşlı oyunçunun bu gün Qəbələdə olacağını bildirib.
Qurbanov Kipr APOEL-inin yarımmüdafiəçisi Uroş Matiçlə isə danışıqların davam etdiyini söyləyib: "Hər şey müsbətə doğru gedir. Transferin alınma ehtimalı daha çoxdur".
Baş məşqçi serbiyalı futbolçunun Bakıya gələ bilməsi üçün Operativ Qərargah və Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini vurğulayıb: "Qarşıdan avrokubok oyunları gəlir. Həmin qurumlar bu işin içindədirlər. İnanıram ki, köməklərini əsirgəməyəcəklər".
Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya "Şaveş"i olub. Uroş Matiç isə APOEL-dən əvvəl "Koşitse" (Slovakiya), "Benfika II" (Portuqaliya), NAK (Niderland), "Şturm" (Avstriya), "Kopenhagen" (Danimarka), və "Austriya" (Avstriya) komandalarında çıxış edib (Report).
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur