"Keşlə" legioneri ilə müqaviləni uzatdı - Rəsmi

"Keşlə" legioneri ilə müqaviləni uzatdı -  Rəsmi
ÖLKƏ FUTBOLU 23 İyun 2020 / 22:28 2120
-  A +

“Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Miyuşko Boyoviçlə sözləşməni uzadıb.

Monteneqrolu müdafiəçi ilə yeni 1 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu “Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner