Hazırda Azərbaycanda olan və koronavirus pandemiyası səbəbindən sərhədlər bağlı olduğu üçün ölkəsinə gedə bilməyən ağırlıqqaldırma üzrə Tunis çempionu Karem Ben Hnia ölkəsinə müraciət edib.
Qol.az xəbər verir ki, idmançı "Feysbuk" sosial şəbəkəsi vasitəsi ilə Tunisin səlahiyyətli nümayəndələrinə səslənib.
Ağırlıqqaldıran ölkəsinin Gənclər və İdman naziri Əhməd Kaaloul və Olimpiya Komitəsinin prezidenti Mehrez Bossiandən ölkəsinə getmək üçün kömək istəyib. Ben Haniyeh etirazını da bildirib: "Filippindən olanlar evakuasiya edildi. Bizi Azərbaycanın göndərməyini gözləyirsiniz? Nə vaxta qədər"?
Qeyd edək ki, 2019-cu il Afrika Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanmış Karem Ben Hnia hazırda baş məşqçi və 3 həmkarı ilə birlikdə Azərbaycandadır. Onlar koronavirus pandemiyasından əvvəl Bakıya təlim-məşq toplanışına gəliblər. Lakin sərhədlər bağlandığı üçün komanda üzvləri ölkəni tərk edə bilmirlər (Report).
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı