“Aleksey İsayevlə dünən danışmışam. Avroliqaya vəsiqə qazandığımızı eşidib, zəng etmişdi”.
Bu sözləri Qol.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov deyib.
Müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulan Aleksey İsayev və Əmir Ağayevin komandadan ayrılması xəbərlərinə münasibət bildirən çalışdırıcı hələlik bu futbolçularla bağlı qərar verilmədiyini bildirib. O, Aleksey İsayevin “Sumqayıt”ın Avroliqaya vəsiqə qazanmasına çox sevindiyini qeyd edib:
“Sevincinin həddi-hüdudu yox idi. Bildirdi ki, “Sumqayıt”ın Avroliqaya düşməyini çox istəyirmiş. Ancaq gələcək karyerası haqda söhbətimiz olmadı. Yəni mənə gələcək klubu ilə bağlı qərar vermədiyini dedi.
Əmir Ağayev də bizim önəmli futbolçularımızdandır. O da öz liderlik bacarığı ilə seçilir. Onu transfer edəndə bacarığını bilirdik. Hətta Azərbaycan millisinə rahat şəkildə dəvət ala biləcəyini bilirdik. Gələn il komandada görmək istədiyim futbolçulardan biri də Əmirdir. Yəqin ki, müqaviləsi başa çatacaq futbolçular haqda yaxın vaxtlarda klubdaxili danışıq olacaq və rəsmi qərar veriləcək”.
A.Abbasov “Sumqayıt”ın Avroliqa üçün transfer planları barədə də danışıb: “Komandadan kiminsə ayrılıb-ayrılmayacağından asılı olmayaraq, güclənməyə ehtiyacımız var. Bunun üzərində seleksiya aparacağıq. Nəzərimizdə olan futbolçular var. İstərdim ki, onları komandamızda görüm. Təbii ki, maliyyə imkanlarımız da buna cavab verməlidir.
Klubun Müşahidə Şurası, sponsoru var. Onların da arzusu idi ki, komanda Avroliqaya çıxsın. İndi arzularına çatıblar. İnanıram ki, “Sumqayıt”ın güclənməsi üçün nəyə gücləri çatırsa, edəcəklər”.
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?