“Qəbələ” AFFA tərəfindən təşkil olunan Gənclər Liqasının 5 qat qalibidir.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” İcraiyyə Komitəsinin qərarı ilə liderlik etdiyi 2019/20 mövsümünün çempionu elan olunub. Bu, klubumun bu yaş qrupunda mübarizə aparan komandalarının ardıcıl 3-cü, ümumilikdə 5-ci zəfəridir.
2012/13 mövsümündən indiki formatda keçirilməyə başlayan, əvvəl U-19 Liqası adlanan yarışın ilk qızıl medallarını da “Qəbələ” qazanıb. 2015/16 mövsümündə isə "Qəbələ" ikinci dəfə ölkənin ən yaxşısı olub. 2017/18 və 2018/19 mövsümlərində də hamını qabaqlayan U-19 cari çempionatda pentakampeonluğunu rəsmiləşdirib.
8 mövsümdə hamıdan çox – 5 dəfə qalib olan “Qəbələ” heç vaxt mükafatsız da qalmayıb. 2013/14 və 201617 mövsümlərində yalnız çempiondan geri qalıb, gümüş mükafatla kifayətlənən “qırmızı-qaralar”ın ən uğursuz nəticəsi bürünc medaldır. Bu, 2014/15 mövsümünə təsadüf edib.
Aktivində 5 qızıl, 2 gümüş və 1 bürünc olan “Qəbələ” ilk çempionluq istisna olmaqla hər zəfərdə avrokuboka vəsiqə qazanıb. UEFA Gənclər Liqasında debütü 2016/17 mövsümündə reallaşan futbolçuların son iki yarışda da Azərbaycanın təmsilçisi olub. 2018/19 və 2019/20 mövsümlərindən sonra yenidən qitə səhnəsinə çıxacaq komanda ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə avrokubokda oynayacaq.
Xatırladaq ki, U-19 cari mövsüm çempion olan üçüncü komandamızdır. Bunadək “Qəbələ”nin U-15 və U-16 komandaları da qalib elan edilib.
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…