“Qarabağ” bu mövsümün sonu müqaviləsi başa çatacaq futbolçuları ilə bağlı məsələyə münasibət bildirib.
Qol.az saytının müxbiri ilə söhbətində klubun direktoru Əmrah Çelikel bildirib ki, “Qarabağ”da bəzi oyunçularla müqavilənin müddəti iyunun sonunda başa çatır: “Ona görə də hələlik onlarla müqavilənin uzadılmasına dair danışıqlar olmayıb. Amma bu ay ərzində bu, baş verəcək. İnanmıram ki, hər hansı problem yaransın”.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Azərbaycanda futbol mövsümünə bu il avqustun 2-də yekun vurulacaq. Amma FİFA klublara futbolçuları ilə müqavilənin müddətini mövsümün sonuna kimi uzada biləcəyi ilə bağlı da hüquq verib.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi