“İş yoxdur, hazırda işləmirəm. “Kəpəz” klubu tərəfindən verilən sosial yardımı da qəbul etdim. Sağ olsunlar ki, yada salıblar”.
Bu sözləri “Kəpəz”in heyətində Azərbaycan çempionu, ölkə liqasının bombardiri olmuş Rövşən Əhmədov deyib.
Əhmədov Gəncə klubu tərəfindən ona edilən sosial yardım zamanı çəkilən fotosunun sosial şəbəkələrdə yayılmasından və insanların ona dəstəyindən danışıb: “Hər kəsə təşəkkür edirəm. Dəstəyi hiss etmək böyük şeydir. İndi elə bir vəziyyətdir ki, evdə oturmuşuq və bu yardım da bizə müəyyən dəstəkdir. Özüm fəhlə işləyirəm. Hər şey dayanıb və məcbur işsizik. “Kəpəz” klubu da veteran kimi yada salıb, dəstək olub. Düzdür, həmin ərzaq onsuz da 2-3 gün bizə ancaq yetəcək. Lakin nə edə bilərdim ki? Geri qaytaracaqdım? Açığı, istəməzdim ölkə çempionatının bombardiri, 3 dəfə çempion olmuş biri kimi bu foto yayılsın. Ancaq neyləmək olar?”.
Bombardir AFFA-nın ona iş və pensiya vermədiyini bildirərək durumundan şikayətlənib:
“AFFA veteran futbolçulara pensiya verməlidir, lakin mənə bu verilmir. UEFA özü bu işə nəzarət edir və veteranlar üçün ayrıca pul ayırır. Lakin mənə heç bir dəstək olunmur. Heç “Kəpəz”də də mənə iş vermirlər. Bir neçə dəfə söz versələr də, əməl etmirlər. Deyirlər ki, AFFA məni istəmir. Səbəb nədir, bilmirəm. Elxan Məmmədovla bir neçə dəfə görüşdüm və dedi ki, Gəncədə futbol bərpa olunanda sənə iş verəcəyik. Amma hələ ki, ortada heç nə yoxdur. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev sağ olsun ki, mənə iş təşkil etdi. Gəncədəki idman məktəbində tam ştat olmayaraq çalışıram və aya 120 manat maaş alıram. Deyirlər ki, kateqoriyan yoxdur. İşə götürsünlər və maaşımdan tutsunlar oxuyum. C kateqoriyası futbolçulara pulsuz verilir, amma mənə belə deyirlər. Məndən yaşda balaca olanlar alır, amma mənə verilmir. Federasiyada mənə heç cür köməklik göstərilmir. Mən heç nə istəmirəm, öz haqqımı tələb edirəm”.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdulla isə Rövşən Əhmədovun ittihamlarına cavab verib. Qurum rəsmisi bildirib ki, pensiya 63 yaşdan yuxarı təyin edilir: “AFFA-nın Futbol Fondunun əsasnaməsi var. Orada 63 yaş göstərilir və veteranların müraciətinə xüsusi komissiya baxır. Həmin komissiyada nüfuzlu futbol veteranları və AFFA İcraiyyə Komitəsinin üzvləri yer alır. Onlar rəy verdikdən sonra İcraiyyə Komitəsinə təqdim olunur. Əsasnamədə qeyd edilir ki, yaş 63-dən yuxarı olmalıdır. İşlə bağlı müraciətinə gəlincə, ətraflı məlumatım yoxdur. Amma AFFA-nın onu işlə təmin etməsi üçün isə müəyyən qaydalar var. Məşqçi lisenziyası, məşqçi təhsili olmalıdır. Bir də Futbol Veteranları İttifaqı daha çox veteranların problemləri ilə məşğul olur”. (Qafqazinfo)
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?