“Qarabağ”ın futbolçusu Faysal Rerrasın müsahibəsi
– Fasilə dönəmindən necə yararlanırsız?
– Daha çox evdə oluram. Ailəmlə, həyat yoldaşımla və qızımla vaxt keçirirəm. Hər gün də formada qalmaq üçün məşq edirəm. Formamı saxlamağa çalışıram. Futbol üçün və komanda yoldaşlarım üçün darıxıram.
– Məşq etmək imkanınız varmı?
– Hər gün məşq edirəm. Hardasa gün ərzində bir neçə saat çalışıram. Fitnes məşqçimiz də bizə videokonfrans vasitəsilə məşqlər keçir. Düşünürəm ki, hələ də özümü formada saxlaya bilmişəm. Çempionat başlasa, oynamağa hazır olacağam.
– Çempionatın başlaması üçün futbolçuların formaya düşməsinə nə qədər zaman lazım olacaq?
– Hələ bəlli deyil ki, nə zaman qayıdacağıq. Bu, bizim nə zaman geri dönəcəyimizdən də asılıdır. Fikrimcə, uzun müddət lazım olmayacaq. İki-üç həftə kifayət edər ki, komandalar formaya düşsün.
– Futbol üçün darıxarkən köhnə oyunlara baxırsınız?
– Belə bir şey eləmirəm. Ona vaxt ayırmıram.
– Komanda yoldaşlarınızla hər gün futbol haqqında danışırsınız?
– Komanda yoldaşlarımızla hər zaman söhbət edirik. Bu, təkcə futbola aid olmur. Düzdür, əksər vaxt futbol üstünlük təşkil edir. Dünyada baş verənlər, bu situasiya barədə də fikir mübadiləsi aparırıq. Komandamızda atmosfer hər zaman yaxşıdır. Bir-birimizi məlumatlandırırıq, bilmədiyimiz şeyləri öyrənirik. Müsbət haldır ki, daim əlaqə saxlayırıq.
– Karantin dövründən öncə sizin müxtəlif klublara transferiniz barədə fikirlər var idi. Ümumiyyətlə, bu söz-söhbətlər hardan yaranırdı? Xüsusən, İtaliyanın “Benevento” klubu ilə adınız hallanırdı.
– Bu haqda nəsə demək çətindir. Normalda hansısa futbolçunun klubu ilə müqaviləsi başa çatdıqda belə şeylər yazılır. Mənim bir neçə ay sonra “Qarabağ”la müqaviləm başa çatacaq. Lakin yazılanlar hamısı şayiədir. Heç bir klubla danışığımız, transfer söhbətimiz olmayıb. “Qarabağ”ın futbolçusuyam və gələn mövsüm harda olacağımla bağlı fikrim yoxdur (futbolinfo.az).
"Tottenhem"də qalır
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video