"UEFA videokonfransda son anadək gözləməyi tövsiyə edib. Yəni, çempionatın idman prinsiplərinin əsasında bitməsini xahiş edib. Eyni zamanda liqalarda iştirak edən komandaların da seçimi odur ki, çempionat axıra kimi oynanılsın. Peşəkar Futbol Liqası da çempionatı başa çatdırmaq istəyir".
Bu sözləri Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.
UEFA-nın koronavirusa görə dayandırılan çempionatların başa çatdırılması haqda tövsiyəsinə münasibət bildirən PFL rəsmisi hələlik bu məsələdə gözləmə mövqeyində olduqlarını qeyd edib:
"Görək, bu məsələ hara kimi davam edəcək. Görünən odur ki, vəziyyət gündən-günə düzəlir. Dövlətimiz, tibb işçiləri virusla var gücləri ilə mübarizə aparırlar. Onlara təşəkkürümüzü bildiririk. Gün keçdikcə irəliləyiş olur, geriləmə yoxdur. Yəni, xəstə sayı azalır, sağalanlar isə çoxalır. Ona görə də hələ ki, konkret qərarımız yoxdur. Karantin rejiminin bitməsini gözləyirik".
O, indiki vəziyyətdə klublarla dialoqların aparıldığını da deyib:
"Rəhbərlik daim klublarla əlaqədədir. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov klub rəhbərləri ilə daim əlaqədədir. Bütün son qərarlar onlayn şəkildə müzakirə olunur. Düzdür, məlum səbəblərdən görüş keçirilmir. Amma onlayn şəkildə daim əlaqədə olurlar. Biz də Avropa Peşəkar Futbol Liqalarının videokonfranslarında iştirak edirik. Hətta, məlumatınız var idi ki, Belçika Peşəkar Futbol Liqası çempionatın dayandırılması ilə bağlı müraciət imzalamışdı. Yəni, aprel ayının 14-də bunu Belçikada təsdiqləməliydilər. Hətta mətbuatın yazdığına görə, bu təsdiqlənmə formal xarakter daşımalı idi. Artıq onlar da müddəti 10 gün uzadıblar. Yəni, onlar da tələsməməyə çalışır. Tələsik qərar vermək istəmirlər". 
“Avropanın bəzi ölkələrində komandalar artıq məşqlərə başlayırlar. Ola bilərmi ki, karantin rejimində futbolçular istisna hal alsın. Yəni, futbolçuların qrup şəklində məşq etməsi ilə bağlı hökumətə müraciət edilsin?" Bu sualımızı A.Şahgəldiyev belə cavablandırıb:
"UEFA-nın tövsiyəsi odur ki, insan sağlamlığı hər şeydən öndədir. Orada da yerli qanunlar çərçivəsində addım atmaq, hərəkət etmək məshələt görülür. Ola bilər ki, hansısa ölkələrdə karantin rejimi sərtləşdirilmir, müəyyən qadağalar götürülür. Amma bizdə bu gün üçün hansısa dəyişiklik yoxdur. 10 nəfərdən artıq insanın toplaşmasına icazə verilmir. Təbii olaraq, icazə yoxdursa, onların məşq etməsi mümkün deyil. Amma Ramin Musayev də bildirib ki, çempionat bərpa olunsa, bizim dərhal oyunlara başlamaq niyyətimiz yoxdur. Klublarla görüş keçirib, futbolçuların formasının bərpası üçün məşqə neçə gün ayrılmalıdırsa və nə qədər ehtiyacları varsa, bunu nəzərə alacağıq.
Hələlik klublarla görüş nəzərdə tutulmayıb. Çünki karantin rejimi davam edir. İndi görüşməyimiz heç nəyi dəyişməyəcək. Yəni, hər hansı bir əhəmiyyəti yoxdur. Hər şey bitəndən sonra görüş keçirə bilərik. İndi etsək belə, hər hansı bir informasiya vermək səlahiyyətində deyilik. Amma yenə də bildirirəm ki, onlayn şəkildə klublara məlumatlar çatdırılır".
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi
Emin Mahmudov millidəki karyerasını bitirir - Rəsmi
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
Məşhur klubun prezidenti 6 aylıq cəzalandırıldı
Baş məşqçi 20 ildən sonra klubdan gedir
"Sabah" legioneri ilə yollarını ayırdı
“Ronaldo milli karyerasını bundan pis başa vura bilməzdi”
İspaniyada futbolçular oyunların təxirə salınmasını istəyir
Kamilo Duran Azərbaycan bayrağını gördü və… - Video
Konfrans Liqası: “Trabzonspor” uduzdu
Avropa Liqasında gecənin nəticələri
Messinin 10 nömrəli forması boş qalacaq
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?