Azərbaycan klubu panamalı qapıçını istəyir

Azərbaycan klubu panamalı qapıçını istəyir
ÖLKƏ FUTBOLU 10 Aprel 2020 / 11:21 4456
-  A +

Türkiyənin 1-ci liqasında çıxış edən "Boluspor"un qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb.

Qol.az "Ajansspor"a istinadən xəbər verir ki, bu barədə panamalı qolkiperin meneceri Tekin Birinci açıqlama verib. O, 26 yaşlı qapıçı ilə adını çəkmədiyi bir Azərbaycan kubunun maraqandığını deyib: “Moskeraya görə Azərbaycandan iddialı bir klubdan mənə zəng etdilər. Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim" - deyə bildirib.

Qeyd edək ki, Orlondo Moskeranın "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
14.06.26  17:30

"Tottenhem"də qalır

topaz banner